Türkiyədə seçki vaxtı toy etmək qadağan edildi

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkiləri günü spirtli içki, siqaret satışı, onların istifadəsi və əyləncə məkanlarının fəaliyyəti qadağan ediləcək.
Rubrika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də yayımlanıb. Qərarda qeyd edilir ki, seçki saatları toy etməyə də icazə verilmir: “Bələdiyyə seçkiləri günü səhər saat 06:00-dan 00:00-a qədər səsvermə müddəti olacaq və bu zaman aralığında əyləncə məkanları bağlı olacaq, ictimai yerlərdə siqaret çəkmək, içki içmək və onları satmaq qadağan ediləcək”. Həmin gün toy şənlikləri isə yalnız 18:00-dan sonra başlayacaq.
Rubrika.az
Facebook-da paylaş









