Qazaxıstanda qətl törədən erməni Rusiyada ələ keçdi
![]()
Qazaxıstanın Karaqanda şəhərində “Drevniy Rim” restoranı yaxınlığında 23 yaşlı qazaxıstanlının qətlində şübhəli bilinən Narek Qururyan Rusiyada saxlanılıb.
Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bu haqda “Sputnik Kazaxstan” məlumat yayıb.
Verilən məlumata əsasən, Ermənistan vətəndaşı Narek Qururyan Omsk vilayətinin ərazisində tutulub.
“XİN kriminal polisi ilə Rusiya asayiş keşikçilərinin əməkdaşlığı sayəsində 1 yanvar 2019-cu il tarixinə keçən gecə xuliqanlıq hərəkətkərində və qətldə şübhəli bilinən N.Qururyan Rusiyanın Omsk vilayətinin ərazisində saxlanılıb”, - deyə Qazaxıstan XİN-in bəyanatında deyilir.
Hazırda N.Qururyanın Qazaxıstana ekstradisiya edilməsi məsələsi müzakirə olunur.
N.Qururyan Yeni il gecəsi Karaqanda baş vermiş kütləvi dava və qətldən sonra beynəlxalq axtarışa verilmişdi. O, yanvarın 1-də Pavlodar vilayətindən Qazaxıstan-Rusiya sərhədini keçməyə müvəffəq olub.
Rubrika.Az
Facebook-da paylaş












