Prezident SAM -ı da lazımsız qurum kimi ləğv etdi - RƏSMİ

Xəbər verdiyimiz kimi Azərbaycan respublikasının prezidenti İlham Əliyev rəsmi qərarla bir sıra dövlət qurumlarını ləğv edib, bir sıra dövlət qurumlarını isə birləşdirib.
http://musavat.com/news/azerbaycanda-3-dovlet-qurumu-legv-edilir-6-si-yeniden-teskil-olunur-ferman_584572.html
Ləğv olunan dövlət qrumları arasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi - SAM da var. Xatırladırıq ki, bu qurumun fəaliyyəti çoxsaylı tənqidlərə məruz qalıb, dəfələrlə onun heç bir fəaliyyət göstərmədiyi, tədbirlərinin fiksiya olduğu haqqında iddialar səsləndirilib. “Yeni Müsavat” media qrupunun baş redaktoru Rauf Arifoğlu dekabr ayında Ankarada olarkən Strateji Araşdırmalar Mərkəzi - SAM-ın təşkil etdiyi saxta tədbirlərdən birini ifşa etmişdi və bu barədə sərt tənqidi fikirlərini yazmışdı. Həmin tənqidi fikir cəmiyyətdə və dövlət qurumlarında xüsusi diqqət oyatmışdı, həmin müddətdə R.Arifoğlunun tənqidinə dövlət yetkililərinin münasibətindən də anlamaq olardı ki, Strateji Araşdırmalar Mərkəzi yaxın zamanlarda ləğv olunacaq. Gözlənilən oldu və prezidentin 14.01.2019-cu il tarixli fərmanı ilə bir sıra dövlət qurumları, o cümlədən Strateji Araşdırmalar Mərkəzi ləğv olundu.![]()
Fərhad Məmmədov
Doğrudur, SAM -ın Ankaradakı saxtakarlığı ifşa olunan zaman qurumun rəhbəri Fərhad Məmmədov və ona gizli -aşkar dəstək verənlər bu iddiaları yalanlamağa çalışdılar, əks kampaniya düzənlədilər. Lakin tez də dayandılar - hansısa qüdrətli bir əl bu saxtakar və nadinc uşaqların qulağını burmuşdu...
Beləliklə, heç kimə yaramayan və dövlətə yük olan daha bir qurum da ləğv olundu.
Rubrika.Az
Facebook-da paylaş


















