Ermənistanda daha bir hərbçi ölüb – güllə yarasından

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birində hərbi qulluqçu həlak olub.
Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan deyib.
Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.
Təfərrüatlar açıqlanmır.
Rubrika.az
Facebook-da paylaş










