Bakının məşhur hamamında yanğın olub, ölən var

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzəbəy” hamamında yanğın olub.
Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, yanğın söndürüləndən sonra hamamın mühafizəçisi 68 yaşlı Müzəffər Həsənəliyevin meyiti gözətçi otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















