Bakıda maşın aşdı - YENİLƏNİB
![]()
Bakıda maşın aşması nəticəsində tıxac yaranmış yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində, körpünün üstündə aşan maşın götürülüb, hazırda yolda tıxac yoxdur.
15:33
Bir neçə dəqiqə əvvəl Bakıda avtomobil aşıb.
Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində, körpünün üstündə baş verib.
Belə ki, metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən avtomobil aşıb. Həmin istiqamətdə tıxac yaranıb
Rubrika.Az
Facebook-da paylaş












