• Ad günü "şəhid" olanlar və ya "Səngərdən gələn işıq"

    Ad günü "şəhid" olanlar və ya "Səngərdən gələn işıq"

    26 FEVRAL - DOSTUM VƏ QARDAŞIM AQİL ALIŞOVUN AD GÜNÜNDƏ DÜŞÜNDÜKLƏRİM

    "Səngərdən gələn işıq"

    Aqil mənə Mingəçevirdə danışmışdı ordu həyatından və bir vaxtlar idman və hərbi-vətənpərvərlik şöbəsinin redaktoru olduğumdan, səngər adamlarının (səngər döyüşçüləri ilə səhv salmayın - Aqili nə qədər çox istəsəm də, O, SƏNGƏR ADAMIDI) vətən üçün vuruşmaq və vətəni azad etmək yanğısını gözəl anlamışdım. Hətta Aqil Alışova bu adda bir ad günü yazısı da boyun olmuşdum - fəqət... 26 fevraldan sonra Mingəçevirə aparan yollar da qırılmışdı, Aqillə əlaqə də.. üstündən də azadlığın özünü itirmişdim. Qaldı indiyə - indi day bəhanə yox. Odur ki, deyirəm: Aqil, POBOLŞE ZƏHRİMARA - sifətini bir az da turşutsaydın pafoslu yox, təkəbbürlü, düşmən zəhri yaran bir qürur olardı... Sən döyüşəndə bir qarış torpaq da getməyib. Sən səngərdə dayananda... bir az ümid də var idi ki, bir qarış da olsa alarıq. İndi o səngərdən gələn işıq da söndü... QAYIT O SƏNGƏRƏ... İŞIQSIZ QOYMA! İndi bildinmi niyə indi yazıram, onda yazmadım? Hər oğul səngəri işıqlı etmir! Hər oğul səngəri vətənin parçalanmış sinəsi saymır. Hər oğul səngərİ QALAYA ÇEVİRƏ BİLMİR VƏ SƏHGƏRDƏ AYAQÜSTƏ DURMUR - DURDUĞUN YERDƏN O YANA HƏR NƏ QƏDƏRDİRSƏ... güllə mənzilidi!!! Və... sənə atılan güllənin qabağına itin özünü atanda bilirdi ki... Sən ölsən...səngərin üzü qara olacaq. Sən ölsən ordan gələn sonuncu işıq da kor olacaq! YAŞASIN SƏNİN DƏYƏRİNİ BİLƏN VƏ ÖZÜNÜ SƏNƏ FƏDA EDƏN İT! YAŞASIN bundan sonra da Səni o fədakar it qədər dəyərləndirmək qabiliyyəti olanlar - ilk növbədə Mən... "Sağ ol səngərdən gələn işıq"

    *******

    Mən dostum Aqil Alışovun özünü və şəklini təbrik etməyəcəm! Çünki Aqil Alışov mənim üçün hər gün şəkli və özü ilə təbriklik bir anlamdadı!!! Onun ad günü 26 fevraldadı - Aqil də bütün azərbaycanlılar kimi (Qənimət Zahid və çetesi istisna olmaqla) öz ad gününü Xocalıya qurban verib və ad gününü mənimlə keçirib - əgər keçiribsə... o da mart ayının 1-də! 50 qəpiklik çay verilən çayxanada! Mən Aqilin yerinə olsaydım... 26 fevral da ad günüm, yüzəyüz inanın: ŞƏHƏRİN ƏN GÖRKƏMLİ YERİNDƏ, ƏN KƏHKƏŞANLI BUCAĞINDA VƏ ƏN TƏNTƏNƏLİ ŞƏKİLDƏ ad günümü keçirəcəkdim!!! Məhz ona görə ki:


    1. Bu ölkənin Şuşası gedib - həyat davam edir!

    2. Bu ölkənin Laçını gedib - həyat davam edir!

    3. Bu ölkənin döyüşçü oğlanları ölüb... şəhid... olub - Allah rəhmət eləsin. Fəqət... bu ölkənin erməniyə qarşı vuruşan oğlanları mələr saxlanılır - türmələrdə, zindanlarda... amma və lakin... həyat davam edir!

    4. Qarabağ yoxdur - "Qarabağ şikəstəsi" üçün hər il iluzunu müsabiqə keçirilir: görək daha ağlar səsli mərsiyəxan kimdir... adını da muğam müsabiqəsi qoyublar!!!

    5. Qarabağ yoxdur, dünyaya daha qarabağlı dünyaya gəlmir, ancaq şairlər, yazıçılar Qarabağdan yazır, özü də arsız-arsız uduzmağımızdan, miskin şəkilə öldürülməyimizdən, zorlanmağımızdan. Bir dənə Əkrəm Əylisli tarix üçün yazdı ki, a kişilər biz də erməni qabağından yeməmişik, yeri gələndə lap analarını da s..."evmişik", onu baş-gündəyməz başa düşdülər, itqusdu elədilər. Nə qədər mağmın, məzlum obrazımız var, mükafata təqdim edirik - liderlərimizi düşük, biqeyrət, xanımlarımızı məşuqə, xəyanətkar, qızlarımızı nə bilim nə, oğlanlarımızı gey-filan təbliğ etməkdəyik...

    6. Guya ölkənin bir dərdi var - o da Qarabağ! Fəqət... ölkə sərvətləriylə birgə dönüb olub transmilli şirkətlərin istehsal sahələrindən biri, siyasilərimiz - iqtidarlı-müxalifətli - beynəlxalq güclərin lakeyi... bunlar tarix qaraldırlar!

    7. ...

    VƏ mən 26 fevralda keçirəcəyim məhtəşəm ad günümün sonunda qışqıracaqdım - BİZ HƏLƏ DƏ ABIRSIZLIĞIMIZDAN ÖLMƏMİŞİK! Yer üzü bizi üstündə gəzdiirdiyiniə görə xəcalət çəkir. Nəinki 26 fevralda... 1 Yanvardan ta 31 dekabra qədər - cəmi dörd günü çıxmaq şərtiylə - 20 Yanvar, 28 may, 17 noyabr və 31 dekabrdan başqa...

    Anlayan varmı???

    Anlamırıq və anlamadığımızdan da Aqil Alışovun ad günü qara gəlir!!!

    Və mən içimdə qırıla-qırıla qalıram - Aqil Alışov 20 omonçunun içinə özünü çırparaq dörd azərbaycanlını Moskvanın mərkəzində onların əllərindən diri çıxaran oğuldu!

    Aqil Alışov Rusiya Federasiyasında eninə-uzununa Azərbaycanı təbliğ edən və bu barədə bir yerdə danışmayan oğuldu!

    Aqil Alışov iki uşaq atası ola-ola, bu Vətənin çağırışına cavab olaraq, ailəsi ilə birgə döyüş bölgəsinə köç edən oğuldu - digərlərindən fərqli olraq, jurnalistliyini "zurna"listliyə çevirib "ay aman, azad sözü boğurlar, jurnalistə təzyiq edirlər" şivənin salmayan oğuldu!!!

    Və... ordudan qayıdandan sonra da yollar arayır ki... bundan sonrakı ömrünü də orduya həsr etsin!


    Bu gün üçün artıq Aqil Alışovun gəncliyi də geridə qalıb. Son 20 ildə Gəncliyini bitirənlər həm də GƏNCLİYİNİ İTİRMİŞ olanlardır. Amma Aqil Alışovun gəncliyindən gəncliyinə də, ahıllığından qocalığına da, müdrikliyinə də, lap yeddi bel sonrasına bir dəyər qalacaq: Aqil Alışov onu böyük böyüdən kişinin böyük böyüyən oğludu! Harda Azərbaycan üçün ağlayan göz görsəniz - Aqil Alışovun gözləri bilin, harda Azərbaycan üçün döyüşə qalxan əl görsəniz, Aqil Alışovun əli bilin, harda Azərbaycan üçün "döyüş üçün, irəli!" sədası eşitsəniz, Aqil Alışovun harayı hesab edin!

    Və Aqil Alışov Azərbaycan adına çabalarını baş qaxıncına çevirməyənlərdəndir - 2002-ci ildən bu yana DƏYİŞMƏZ QALAN Aqil Alışovla "Millətim", "Millətin səsi" və digər qəzet və daycestləri buraxanda mən elə bilirdim Aqil Alışov bu günün üstündə pafos sərgiləyir. Düz 12 ildir Aqil mənim PAFOS dediyimin HƏQİQƏT VƏ VƏTƏNPƏRVƏRLİK olduğunu nümayiş etdirir!

    Və mən bu gün - heç bilmirəm neçə yaşı tamam olur Aqilin - 12 ilin peşində deyirəm: savaşın-mübarizən-xidmətin-qəzan mübarək, 12 yaşlı QƏHRƏMAN!

    Böyük KİŞİnin böyük OĞLU!

    SON SÖZ ƏVƏZİ: Mən dostlarımın övladlarının qələbəsinə sevinmişəm - bunu onlardan gizlətməmişəm və hətta çəkinmədən dostlarımın oğlanlarından yazılar da yazmışam. Arada mənə "bəs filankəsin oğlu filan yerdə oxuyur və yaxud da filan yerdə işləyir, niyə bir xoş söz demirsən" deyənlərə cavabımı da yerində bilirəm: hər kişinin oğlu kişi deyil, hər oğul da atası kimi kişi olamaz. Mən KİŞİ OĞLU KİŞİləri təbliğ və təqdir edirəm - Vətənin ehtiyacı onlaradı: yazıram ki... Vətən sevinsin!

    Sağ ol, Aqil - Vətən sevindirən dost!

    Aydın Canıyev


    Facebook-da paylaş