“İstanbul NS” klinikasının həkimi polisə verildi – FOTO
![]()
Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib.
Rubrika.az-ın ONA-ya istinadən məlumatına görə, 33 yaşlı Eldar Qasımov polisə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ildə “İstanbul NS” klinikasında türkiyəli plastik-estetik cərrah Sebaheddin Kandal onun burnunu əməliyyat edib. Əməliyyatın müqabilində 2000 manat ödəyib. Lakin sonradan E. Qasımovun burnu əyilib və fəsadlar əmələ gəlib.
“İstanbul NS” klinikasından bildirilib ki, vətəndaş Eldar Qasımov məlum məsələ ilə bağlı onlara da şikayət ünvanlayıb. Lakin şikayətçi dəfələrlə görüşə çağırılsa da, klinikaya gəlməkdən imtina edib.![]()
Rubrika.az
Facebook-da paylaş











