Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcək
![]()
Bu gün Buxarest şəhərində Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Rubrika.Az report-a istinadən xəbər verir ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək.
Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.
Rubrika.az
Facebook-da paylaş














