İranda helikopter qəzası baş verib, ölənlər var
![]()
ranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
“Report” İran dövlət televiziyasına istinadən xəbər verir ki, qəza hamilə qadına yardım göstərmək üçün uçuşa başladıqdan bir neçə dəqiqə sonra baş verib. Behşəhr qubernatoru Xaleğ Səyadi İSNA xəbər agentliyinə xəstənin Əmir Kabir neft platformasından daşındığı zaman qəzanın baş verdiyini bildirib.
Təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Kulivənd ölənlərdən 3-nün pilot, 2 nəfərin isə xilasetmə işçisi olduğunu diqqətə çatdırıb.
İSNA xəbər agentliyinin məlumatına görə, qəza Şəhr-e Kord şəhəri yaxınlığında, yerdən qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.
Rubrika.az
Facebook-da paylaş













