Qurban Qurbanovun oğlu cərimələndi

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
Rubrika.Az Publika.az-a istinaden xəbər verir ki, komitə "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu "Səbail-2" ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.
Rubrika.Az
Facebook-da paylaş











