Bakıda 3 yaşlı uşaq 7-ci mərtəbədən yıxıldı
![]()
Bakıda bədbəxt hadisə baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov rayonu Ağa Nemətulla küçəsində qeydə alınıb.
3 yaşlı Renat Ağayev hündürmərtəbəli binanın 7-ci mərtəbəsinin eyvanından yerə yıxılıb.
O, ağır vəziyyətdə tibb müəssisələrindən birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














