Ermənistan ordusunun daha bir əsgəri öldü
Ötən gün Ermənistan ordusunun daha bir hərbi qulluqçusu ölüb.
Rubrika.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan yazıb.
O qeyd edib ki, dünən Ermənistanın şimal-şərq istiqamətində öz vəzifələrini yerinə yetirərkən "N" saylı hərbi hissənin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü sıravi-feldşer Hamlet Hraç Avaqyan ölüb.
"Əsgərin ölümü rəqib atəşi nəticəsində baş verməyib, digər detallar müvafiq orqanlar tərəfindən açıqlanacaq", - deyə Hovhannisyan əlavə edib.
Qeyd edək ki, ötən gün Qarabağda daha bir erməni əsgəri-2000-ci il təvəllüdlü Karen Karapetyan hərbçi yoldaşının başına açdığı atəşlə ölmüşdü.
Rubrika.Az
Facebook-da paylaş








