Vergilər Nazirliyinin əməkdaşına yüksək vəzifə verildi
![]()
Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.
Rubrika.Az xeber verir ki, "Report”un əldə etdiyi məlumata görə, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.
O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb.
Rubrika.Az
Facebook-da paylaş










