Gəncədə 14 yaşlı piyada vuruldu
![]()
Gəncədə, Şah İsmayıl Xətai prospektində yeniyetmənin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-in Oxu.Az-a istinadla məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 2005-ci il təvəllüdlü Hamlet Hüseynovu “Opel” markalı avtomobil vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












