"Diqlas"da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır
![]()
Bakıda "Diqlas" ticarət mərkəzindəki yanğın zamanı zərərçəkmiş sahibkarlara dövlət yardımının verilməsinə sabahdan başlanılacaq.
Rubrika.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, ilkin mərhələdə sahibkarlar dövlət yardımının bir hissəsini ala biləcəklər. Vəsaitin qalanı isə dəymiş ziyanın yekun məbləği müəyyən edildikdən sonra ödəniləcək.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən sahibkarlara kompensasiyaların verilməsi qaydası 3 gün ərzində hazırlanıb.
Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank" və "Azər Türk Bank" vasitəsilə həyata keçiriləcək.
Nazir deyib ki, sahibkarlara dövlət yardımı bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bundan xidmət haqqı tutmayacaqlar.
Qeyd edək ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş













