Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb - DETALLAR
Avropa İttifaqı (Aİ) Krımın ilhaqı ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaları növbəti bir il müddətinə uzadıb.
RUBRIKA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Avropa Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, şura bu gün Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqına cavab olaraq qəbul edilən sanksiyaların müddətini 23 iyun 2023-cü ilədək uzadıb.
Bəyanatda qeyd olunub ki, 2014-cü ildə qəbul edilən və hazırda da qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə Krım və ya Sevatspolla əlaqəli məhsullara Aİ-yə idxal edilməsinin, infrastruktur və ya maliyyə investisiyaları yatırılmasının, turizm xidmətləri göstərilməsinin qadağan edilməsi daxildir.
Əlavə olunub ki, sanksiyalar həmçinin, Krım və Sevastopola müəyyən mal və məhsulların, texnologiyaların ixrac edilməsini, Krımın və Sevastopolun nəqliyyat, telekommunikasiya və enerji sektorlarının istifadəsini, neft, qaz və digər mineral resurslarının istismarını və istehsalı qadağan edir.
Rubrika.Az
Facebook-da paylaş














