Bakıda 250 min dollar mənimsəmiş şöbə müdiri Rusiyada tutuldu

Rusiyanın Soçi şəhərində Azərbaycanın “İnterpol” xətti üzrə axtarışa verdiyi şəxs saxlanılıb.
Virtualaz.org “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, saxlanılan şəxs 2017-ci ildə Bakıda marketinq şöbəsinin müdiri işlədiyi şirkətdə 250 min dollar həcmində vəsaiti mənimsəyib. Həmin əməlini o, avadanlığın alınaraq başqa şirkətlərə satılması adı ilə törədib.
Mənbəyə görə, Bakıda saxlanılmış şəxs təcridxanaya yerləşdirilsə də, istintaqdan qaça bilib və beynəlxalq axtarışa verilib.
Hazırda o, Krasnodar vilayətində təcridxanada saxlanılır və Azərbaycana ekstradisiyası ilə bağlı məsələ həll olunur.
Rubrika.az
Facebook-da paylaş














