Mərdəkan çimərliyində qadın meyiti tapılıb

Bakının Xəzər rayonu ərazisində meyit tapılıb.
ONA-nın xəbərinə görə, təxminən 35-40 yaşlarında olan qadın meyitinə Mərdəkan qəsəbəsində, dəniz kənarında rast gəlinib.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla əlaqədar rayon Prokurorluğuna da məlumat verilib.
Meyitin şəxsiyyəti dəqiqləşdirilir.
Rubrika.Az
Facebook-da paylaş









