Babək prospektində yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB
![]()
Bakının Babək prospekti, 94 ünvanında baş vermiş yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.
Rubrika.az "Report"a istinadla xəbər verir ki, bunlar 1991-ci il təvəllüdlü Əliyev Əkbər (döş qəfəsinin sınığı), 1996-cı il təvəllüdlü Sergeyevna Valentina (qapalı kəllə-beyin travması), 1986-cı il təvəllüdlü Nəsibov Kamran (bazunun sınığı), 1979-cu il təvəllüdlü Anatorseva Yuliyadır (qapalı kəllə-beyin travması, alt çənənin sınığı).
Yaralılardan ilk üçü III saylı Kliniki Tibbi Mərkəzə, sonuncu isə I saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***02:28
Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Babək prospekti ilə hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Rubrika.az
Facebook-da paylaş








