“Taliban”a qarşı əməliyyat – 40-dan çox silahlı məhv edildi

Əfqanıstanın şərqindəki Qəzni əyalətində “Taliban” radikal hərəkatına qarşı keçirilmiş əməliyyat nəticəsində azı 42 silahlı məhv edilib.
Rubrika.Az-in Trend-e istinadla məlumatına görə, zərərsizləşdirilən silahlılar arasında 6 nəfər əcnəbi də olub.
Əcnəbi silahlıların vətəndaşlıqları açıqlanmır.
“Taliban”a qarşı əməliyyat aviasiyanın dəstəyi ilə keçirilib.
Rubrika.Az
Facebook-da paylaş
















