Hacıqabulda piyadanı avtomobillə vurub öldürmüş sürücü hadisə yerindən qaçıb

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az “AzərTAc”a istinadla xəbər verir ki, hadisə ötən gecə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyət oğlu yolu keçərkən minik avtomobili onu vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Qəza törədən sürücü hadisə yerindən yayınıb.
Hazırda polis həmin sürücünün müəyyən edilərək saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Rubrika.Az
Facebook-da paylaş











