İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü - FOTO
![]()
Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.
Rubrika.Az-ın 7News.Az-a istinadən məlumatına görə, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.
Gürcüstan polisi faktı araşdırır.
Rubrika.Az
Facebook-da paylaş













