Ərbildə silahlı hücum: türk diplomat öldürüldü

İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb. Məlumatı “Hurriyet” yayıb.
Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir.
Diplomatlara hücum edən terrorçu öldürülüb.
* * *16:26
İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 3 diplomat öldürülüb.
Hadisə nəticəsində yaralananlar da var.
Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hücum edənlərin kimliyi hələlik məlum deyil.
Rubrika.Az
Facebook-da paylaş














