Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Türkiyənin “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasını qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “Çelsi” 2018-2019-cu illər mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə “Tottenhem”dən üstün olub (2:0).
Daha bir maraqlı məqam. Görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.
Rubrika.Az
Facebook-da paylaş















