Ərdoğan Nyu Yorkdan Trampa zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Türkiyə liderinin zəngi zamanı Tramp seçkiqabağı kampaniya çərçivəsində görüşlər keçirirmiş.
Bildirilir ki, dövlət başçıları ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığı zamanı həmçinin regional problemlər də diqqət mərkəzində olub.
Qeyd edək ki, Ərdoğan hazırda ABŞ-da səfərdədir. O, BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edəcək.
Rubrika.az
Facebook-da paylaş












