Kürdəmirdə intiharın qarşısı alındı

Kürdəmir rayonunda 1 nəfər dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Rubrika.az
Facebook-da paylaş













