Bakının mərkəzində üçmərtəbəli binada yanğın

Bakının mərkəzindəki yanğın söndürülüb.
Virtualaz.org FHN-ə istinadən bildirir ki, paytaxtın Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
**00:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
Virtualaz.org FHN-ə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Rubrika.az
Facebook-da paylaş












