Putin Köçəryanın həyat yoldaşı ilə görüşdü

Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün oktyabrın 1-də Yerevana gələn Rusiya Prezidenti Vladimir Putin Rusiya səfirliyində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan ilə görüşüb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Ermənistanın “Aysor” nəşri yazıb.
Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu məlumatı şərh etməyiblər.
Rubrika.Az
Facebook-da paylaş












