Bakıda məşhur klinikada qadın estetik əməliyyat zamanı öldü
![]()
Bakıda klinikada estetik əməliyyat zamanı qadın ölüb.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva əməliyyat zamanı anesteziya edildikdən sonra vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş









