Məşhur səs yarışmasında Azərbaycanı o təmsil edəcək
![]()
Hər il olduğu kimi bu il də Qazaxıstanda baş tutacaq “Voice Of Nursultan” festivalına bir çox ölkələrdən ifaçılar dəvət olunub.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, festivalda Azərbaycanı öz musiqiləri ilə müğənni Samira Əfəndi təmsil edəcək. Portuqaliya, Ukrayna, Gürcüstan, Rusiya və bir çox ölkələrdən festivala qatılan ifaçılar kimi S.Əfəndi də oktyabrın 25-də öz repertuarında yer alan bəstələri, oktyabrın 26-da isə qazax dilində ifa etdiyi mahnı ilə çıxış edəcək.
Oktyabrın 28-də isə S.Əfəndi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarusiyanın Minsk şəhərində Azərbaycan Gənclər Günü münasibəti ilə təşkil ediləcək konsert proqramında çıxış edəcək.
Rubrika.Az
Facebook-da paylaş









