Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü
![]()
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb.
Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. Toy sahibinin keçmiş icra nümayəndəsi - Şirzad adlı şəxs olduğu deyilir.
Rubrika.az
Facebook-da paylaş
















