MM-in buraxılması prosesi başladı
![]()
11:29
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub.
Rubrika.Az Report-a istinadla xəbər verir ki, müraciət artıq parlamentdədir.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
***
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Toplantıya spiker Oqtay Əsədovun sədrlik edir.
İclasın gündəliyinə 22 məsələ daxildir.
Rubrika.Az
Facebook-da paylaş









