Ata Abdullayev Amerikada qaradərili xanımla ailə həyatı qurdu

Toy Bakıda olacaq, xanımım Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək"
Özünü videobloger kimi təqdim edən Ata Abdullayev Amerikada ailə həyatı qurub.
Rubrika.az musavat.com-a istinadla xəbər verir ki, o, bunu sosial şəbəkədə yaydığı video ilə elan edib. Videokadrlarda A.Abdullayev qaradərili bir qadınla kilsədə üzbəüz dayanıb və rahib onların nikah mərasimini gerçəkləşdirir.
Musavat.com-a açıqlamasında A.Abdullayev bu görüntülərin gerçək olduğunu, lazım gələrsə, mərasimin tam videosunu yaya biləcəyini bildirdi. Onun sözlərinə görə, Emmori adlı bu xanımla 2014-cü ildən bəri münasibətləri var və onu rəsmiləşdiriblər. O, xanımının yaşını açıqlamasa da, onu yaxın zamanda Bakıya gətirəcəyini bildirdi: "Emmori Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edəcək. Mən ölkəmizin firavanlığı, əmin-amanlığı ilə bağlı ona o qədər danışmışam ki, o da buranın vətəndaşı olmaq istəyir".
A.Abdullayev xanımının "biznes lady" olduğunu dedi. O, bu nikahı Amerika vətəndaşlığı qazanmaq üçün etməsi ilə bağlı iddiaları isə yalanladı: "Mən Azərbaycan vətəndaşlığı ilə fəxr edirəm. Xanımın da buranın vətəndaşı olmaq istəyir. Bakıya gələn kimi onu ulu öndər Heydər Əliyevin məzarına aparacam. Ölkəmizə gələn hər bir əcnəbi vətəndaş o məzarı ziyarət etməlidi. Emmori də ora getmək istədiyini dedi".
A.Abdullayev yaxın zamanda Bakıda da təmtəraqlı bir toy məclisi keçirəcəyini və ölkənin tanınmış insanlarını ora dəvət edəcəyini dedi.
Rubrika.az
Facebook-da paylaş












