Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərir?
![]()
ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərməyə hazırlaşmır.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.
“Səudiyyə Ərəbistanına 12 min əsgər göndərəcəyimizə dair hekayələr yalandır. Daha dəqiq desək, bunlar saxta xəbərlərdir”, - Tramp bildirib.
Xatırladaq ki, “Fox News” telekanalı ABŞ-ın İranla mübarizə üçün Yaxın Şərqə əlavə ordu göndərə biləcəyini qeyd etmişdi.
Rubrika.Az
Facebook-da paylaş














