Prokuror Suriyadakı terror qruplaşmalarının azərbaycanlı üzvlərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Qəbələ rayon sakini Əfqan Aslanov və Yevlax rayon sakini Bilal İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı sıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 13-də davam edəcək.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada “Cəbhət-ən Nusra” (“Əl-Qaidə” terror qruplaşmasının Suriya özəyi”) və “Cundu Şam” adlı radikal dini qruplaşmaların tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər, silahla təchiz olunublar. Sonradan Azərbaycana qayıdıblar. Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən Ə.Aslanov və B.İsmayılov dini düşmənçilik zəminində heç bir cinayət törətmədiklərini, təlimlərdə iştirak etmədiklərini, döyüşlərə qatılmadıqlarını, Suriyadakı qaçqınlara kömək etmək məqsədilə getdiklərini deyiblər.
Rubrika.Az
Facebook-da paylaş











