Boris Conson nazirlərə Davos Forumunda iştirakı qadağan etdi

Böyük Britaniyanın Baş Naziri Boris Conson nazirlərin gələn ay Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qatılmasını qadağan edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Baş Nazir, həmçinin milli və biznes liderlərinin illik toplantısına da qatılmayacağını açıqlayıb.
Conson məqsədinin Britaniyanın səhiyyə sistemində dəyişikliklər etmək və yanvarın 31-də Avropa İttifaqından çıxmaq olduğunu bildirib. O, seçki zamanı verilən vədlərin yerinə yetirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Boris Conson seçki kampaniyası zamanı 40 yeni xəstəxana açılacağını və 50 min tibb bacısının işə götürüləcəyini vəd etmişdi.
Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında Davosda keçiriləcək. ABŞ prezidenti Donald Tramp tədbirdə iştirak etmək istədiyini açıqlamışdı. Lakin məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Rubrika.Az
Facebook-da paylaş














