Doğuş zamanı həkimin tuta bilmədiyi uşaq yerə düşərək öldü
![]()
Argentinada ağılasığmaz hadisə baş verib. Belə ki, doğuş üçün xəstəxanaya yerləşdirilən qadın həkimin tapşırıqlarına əməl edərək övladını düyaya gətirməyə çalışıb.
Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, qadın doğuş zamanı ərini də ona dəstək olmağa çağırıb. Bu zaman dünyaya gələn körpəni həkim tuta bilməyib və körpə yerə düşərək dünyasını dəyişib. Baş verən hadisəyə qadının əri də şahidlik edib.
Hadisə Argentinanın paytaxtı Buenos Ayresdən 150 kilometr şimalda yerləşən Gualeguaychu şəhərində baş verib. Sanatorio Pronto adlı xüsusi bir klinikada baş verən hadisə cəmiyyət tərəfindən qınaqla qarşılanıb.
Rubrika.Az
Facebook-da paylaş











