Oqtay Əliyev qardaşına görə Kərimi məhkəməyə veribmiş

Kərim Abbasov: “Mənə kimsə erməni desə, vecimə olmaz”
“Soy production”ın rəhbəri Oqtay Əliyev qardaşına erməni dediyinə görə, müğənni Kərim Abbasovu məhkəməyə veribmiş. Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat paylaşıb. Müğənni qeyd edib ki, bu gün məhkəmə prosesi keçirilsə də hakim işi icraata almayıb:
“Oqtay Əliyev (Elçin Əlibəylinin qardaşı) “erməni” kəlməsinə görə məni məhkəməyə vermişdi. Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi budur ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər? Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım sms-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, fazan ayrı. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.
Xatırladaq ki, bir müddət bundan əvvəl müğənni Kərim Abbasov Elçin Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı.
Rubrika.Az
Facebook-da paylaş












