Sumqayıtda sexdə yanğın oldu, tüstüdən zəhərlənən var
![]()
Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Rubrika.Az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş











