Bakıda 69 yaşlı qadın klinikada öldü, prokurorluq araşdırmalara başladı
![]()
Bakıda qadın klinikada dünyasını dəyişib.
Rubrika.Az Trend-ə istinadən xəbər verir ki. hadisə paytaxtın Xətai rayonu ərazisindəki "Baku Medical Plaza"da baş verib.
1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də "Baku Medical Plaza"ya yerləşdirilib və müalicəyə başlayıb.
Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













