Badamdarda sürüşmə sahəsində aktivlik qalmaqdadır

“Bakıda son günlərdə hava yağıntılı keçsə də sürüşmə ərazilərində ciddi aktivlik müşahidə edilmir”.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssisi Əziz Qaralov məlumat verib. O söyləyib ki, Badamdarda xırda torpaq uçqunları hələ də baş verir:
“Ancaq ciddi aktivlik yoxdur. Hazırda ərazidə stabil vəziyyət hökm sürməkdədir. Ayın 9-u ilə müqayisədə ərazidə elə bir ciddi dəyişiklik yoxdur. Son günlərin havann yağmurlu keçməsi səbəbindən hələ ki, hər hansı bir ciddi dəyişiklik görünmür. Orada hansısa işlər aparılmır. İndiki vəziyyətdə ərazidə hansısa işin görülməsi məqsədəuyğun deyil”.
Qeyd edək ki, yanvarın 9-da Səbayel rayonu, Badamdar qəsəbəsində, Badamdar şosesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib. Hadisə nəticəsində Badamdar qəsəbəsindən “20-ci sahə” istiqamətində yol bağlanıb. Ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.
Rubrika.az
Facebook-da paylaş











