25 yaşlı Məmməd Petra Moqila adına universitetdə oxumağa getdi, banda üzvü kimi tutuldu

Ötən gün yanvarın 17-də Ukraynanın Nikolayev şəhərinin mərkəzi rayon məhkəməsində "Osetra" mütəşəkkil cinayətkar dəstənin sonuncu iştirakçısının barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması davam edir.
RUBRİKA.AZ Virtualaz.org-a istinadla bildirir ki, bir neçə gün əvvəl tutulan dəstə üzvlərindən yalnız 25 yaşlı Məmməd Rzayevin barəsində qətimkan tədbirin seçilməsi məsələsi qalıb. O, gah ukrayna dilində yaxşı bilmədiyini deyir, gah ittihamı oxumağa vaxtı olmadığını iddia edir.
Bildirilir ki, Nikolayevdə yerləşən Petro Mogila adına Milli Universitetə oxumağa gələn Azərbaycan vətəndaşı məhkəmədə hansı səbəbdən şübhəli bilindiyini anlamadığını iddia edib. O, cinayət işinin materiallarının Ukrayna dilindən Azərbaycan dilinə tərcümə olunmasını istəyib. Ötən məhkəmə prosesində şübhəlinin barəsində materialların tərcümə olunması ilə bağlı istəyinin rədd edildiyi təqdirdə hüquqlarının pozulacağını nəzərə alaraq, hakim Sergey Medyukun başqa çıxış yolu qalmayıb və iki günlük fasilə elan etmişdi.
İki gün sonra, yanvarın 17-də keçirlən iclasın əvvəlində şübhəli Məmməd Rzayev bu dəfə ayrı səbəb irəli sürüb, ona təqdim olan cinayət işinin materiallarına baxmaq üçün vaxtı olmadığını bildirib. Məhkəmə yenə bir neçə saat fasilə elan edib.
Ukrayna KİV-ləri qeyd edir ki. yanvarın 11-də Nikolayev şəhərinin mərkəzi prospektində yerləşən “Vareniki” restoranının yaxınlığında “Osetra”nın dəstə üzvləri tutulub. Dəstəyə 42 yaşlı Vyaçeslav Osetrov rəhbərlik edib. Bir gün ərzində dəstə üzvlərindən ələ keçən 4 nəfərin barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlardan üç nəfərə 600 min qrivna məbləğində girov təyin olunub, lakin dəstənin rəhbərinə girov təyin edilməyib və barəsində həbs qətimkan tədbiri seçilib.
RUBRİKA.AZ
Facebook-da paylaş













