Qarabağda erməni əsgəri öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri ölüb.
Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, yanvarın 21-də gecə saat 01:15 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə nəticəsində 1980-ci il təvəllüdlü hərbi qulluqçu Artur Nalbandyan həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş














