Deputat AŞPA-nın iclasında yatdı...-FOTO
![]()
"Bütün gecə saunada xanım tərcüməçilərlə birgə hesabat hazırlayıb...”
Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndələrindən biri, deputat Leonid Slutski Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtmasına etirazdan sonra Ukrayna nümayəndə heyətinin də qatıldığı iclasda yuxuya gedib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, rus parlamentarinin yatmasının görüntüləndiyi müvafiq video “Avropa həqiqəti” nəşrinin “Facebook” səhifəsində paylaşılıb. Hadisənin AŞPA siyasi komitəsinin iclasında baş verdiyi bildirilir.
“Yəqin ki, çox işləmək istəyib, gecələr hazırlaşıb” -deyə video-çarxa yazılan şərhdə deyilir.
Videoda gerçəkdən də deputatın gözləri yumulmuş və olduqca rahatlanmış vəziyyətdə necə oturduğu aydın şəkildə görünür.
"Bütün gecə saunada xanım tərcüməçilərlə birgə hesabat hazırlayıb. Burada isə yalnız yatmaq lazımdır! Bu təşkilatdan heç bir fayda yoxdur”- deyə ironik şərhlərdə Rusiya nümayəndəsinə istehza edilir.
Rubrika.A
Facebook-da paylaş









