Paşinyan məhkəməyə verilir – Ermənistanda siyasi qarşıdurma kəskin xarakter alır
![]()
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan Baş nazir Nikol Paşinyanı məhkəməyə verməyə hazırlaşır.
Rubrika.Az Yenisabah.az-a istinadla xəbər verir ki, Tovmasyanın bu addımı Paşinyanın onun barəsində səsləndiridiyi kəskin fikirlərlə bağlıdır. Konstitusiya Məhkəməsinin sədri Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı cinayət işinin həyata keçirilməsinə mane olmaqda ittiham edilir. Paşinyan faktiki olaraq Tovmasyanı korrupsiyada günahlandırır.
Ekspertlər hesab edir ki, Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən bəlli idi ki, onun iqtidarı dövründə Ermənistanın daxili siyasi həyatı kəskin ziddiyyətlərlə keçəcək. Ermənistanda uzun illər hakimiyyətdə Qarabağ klanı təmsil olunub. Paşinyan məhz bu klanın devrilməsi nəticəsində hakimiyyətə gəlib. İndi Qarabağ klanı revanşa hazırlaşır. Bu məqsədlə hər fürsətdə Paşinyana zərbə vurmağa cəhd göstərilir.
Ekspertlərin fikrincə, Paşinyanın tez-tez Dağlıq Qarabağa səfər etməsi və orada avntürist bəyanatlar səsləndirməsinin kpkündə Qarabağ klanını zərərsizləşdirmək, Dağlıq Qarabağdan olan ermənilərin rəğbətini qazanmaqdır. Lakin hələ ki, Baş nazir istəyinə nail ola bilmir. Əksinə, onunla Qarabağ klanı arasındakı mübarizə “inqilabçı” hökumətin daha da zəifləməsini şərtləndirir.
Rubrika.Az
Facebook-da paylaş














