Bu gün Azərbaycan və Rusiya milliləri qarşılaşacaq
![]()
Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, millimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.
Rubrika.Az
Facebook-da paylaş














