Azərbaycan yığması Rusiyaya qalib gəldi

Yanvarın 30-da futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
AFFA-nın rəsmi saytı xəbər verir ki, Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3.
Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub.
Millimiz qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.
Rubrika.Az
Facebook-da paylaş














