Koronavirus şimal qonşumuza çatdı: Azərbaycan üçün mühasirə halqası daralır...
![]()
Rubrika.Az moderator.az-a istiandla xəbər verir ki, Rusiya mediası Moskvada bir nəfərdə kronavirus xəstəliyinin aşkarlanması ilə bağlı məlumat yayıb.
Məlumat rəsmi mənbələr tərəfindən təsdiq edilməsə də, media faktın doğruluğunu iddia edir. Həmçinin, bildirilir ki, daha bir neçə nəfərin koronavirusa yoluxduğu ehtimal edildiyi üçün onlar Moskvanın şərqindəki xəstəxanalardan birinə aparılıb. Həmin xəstələrə tibbi yardım göstərən təcili yardım qrupunun üzvlərinin də karantinə alındığı bildirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, bu informasiya Rusiyanın rəsmi dairələri tərəfindən təkzib edilsə də, informasiyanın rus mediasında geniş miqyasda yayılması bu məlumatın doğruluq ehtimalının heç də az olmadığını göstərir. Bu isə o deməkdir ki, Azərbaycan üçün mühasirə halqası getdikcə daralmaqdadır. Rusiyada koronavirus təhlükəsi ilə bağlı çalınan həyəcan siqnalı Azərbaycandan daha diqqətli və ehtiyatlı olmağı, bu təhlükə ilə mübarizə hazırlığını yüksəltməyi tələb edir.
Rubrika.Az
Facebook-da paylaş













