"İxtisasım müəllim idi, xadimə işləyirdim..." - QAZAX SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Redaksiyamıza Hüseynova Zəminə Rasim qızı tərəfindən şikayət məktubu daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik.
"Hörmetli Prezident, cənab Ali baş komandan!
Mən Hüseynova Zəminə Rasim qızı, ailəliyəm, iki qız övladım var. Həyat yoldaşım isə işləmir, işsizdir. Böyük qızım anadangəlmə ürək qüsurludur. 3 dəfə Heydər Əliyev Fondunun köməkliyi ilə ağır ürək əməliyyatı keçirdib hal-hazırda isə onurğa əyriliyindən əziyyət çəkir, əməliyyat lazımdır. Maddi imkanımız isə aşagı olduğundan əməliyyat bahalı olduğuna görə etdirə bilmirik. 2012-ci ildən ixtisasım müəllim olsa da 3 saylı Şəhər bağçasında xadimə işləyirdim. 2018-ci il oktyabr ayında heç bir günahım olmadan böhtan atılaraq işdən qovuldum. Ama mənimlə bir yerdə işləyərək rüşvət yığan müəllim Sanıyeva Kəmalə isə işində qalıb işlədi. Hələ də öz çirkin əməllərindən çəkinmir. İcra başçısı onun çirkin əməlini bilə-bilə göz yumur. Dəfələrlə icra başçımız Rəcəb Babaşova rəsmi müraciət etdikdən sonra mənə 2019-cu il fevral ayında qəbul zamanı bildirdi ki, səni işlə təmin edəcəm. Artıq bir ilə yaxındır ki, mən aldadılıram. Daimi işlə təmin olunmamışam.
Cənab Prezidentimiz!
Siz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, maddi vəziyyəti çətin olan imkansız, xəstəsi olan ailələrə, vətəndaşlara kömək edin, müraciətlerini dərhal həll edin. Çox təəssüf edirəm ki, qızıma köməklik əvəzinə ailədə tək işləyən anasını şərləyib işdən çıxartdılar. Xahiş edirəm mənə və mənim ehtiyac içərisində olan balalarıma köməklik edəsiniz və daimi ixtisasıma uyğun işlə təmin olunmağımda köməklik edəsiniz
İmza: Hüseynova Zəminə"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Rubrika.Az
Facebook-da paylaş
















